Avropa İttifaqı (Aİ) Ukraynaya verdiyi dəstək çərçivəsində 15 min ordu personalının yetişdirilməsi üçün hərbi missiya qurmağa qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Şurası məlumat yayıb.
Bildirilib ki, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Ukraynanın tələbi ilə Aİ-na Hərbi Yardım Missiyasının (EUMAM Ukrayna) yaradılmasına qərar verilib.
Missiyanın məqsədinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü müdafiə etmək, suverenliyini səmərəli şəkildə həyata keçirmək və mülki insanları qorumaq üçün Ukrayna Silahlı Qüvvələrinin səmərəli hərbi əməliyyatlar aparmaq qabiliyyətinin artırılmasına töhfə vermək olduğu qeyd olunub.
Bizim.Media