Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirdiyi mətbuat konfransında erməni həmkarı Ararat Mirzoyanla görüşə hazır olduğunu deyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Mənbə yazır ki, nazir konkret tarixinin hələ müəyyən edilmədiyini bildirib.
"Biz belə görüşə hər zaman hazırıq. Antalyada Diplomatik Forum zamanı da oxşar görüş olub. Bizim üçün heç bir problem yoxdur", - deyə o, qeyd edib.
Bizim.Media