PKK terror təşkilatının sıralarını tərk edən daha bir terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə - Türkiyə Daxili İşlər Nazirliyinə təslim olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Təslim olan terrorçu 2018-ci ildə Almaniyada cinayətkar təşkilatın sıralarına qoşulub, daha sonra Suriyada döyüşüb.
Yanvarın 1-dən təbliğat-təşviqat kampaniyası ilə Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan PKK terrorçularının sayı 102-yə çatıb.
Bizim.Media