“İran yorğun bir siyasətçinin (ABŞ prezidenti Bayden nəzərdə tutulur) mülahizələri ilə sarsılan deyil”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Amerika prezidenti Co Baydenə xitabən İran Xarici İşlər Nazirliyinin sözçüsü və ictimai diplomatiya mərkəzinin prezidenti Nasir Kənani səsləndirib.
"Sizin adətiniz bulanıq sudan balıq tutmaqdır. Ancaq unutmayın ki, bura İrandır, qürurlu kişilər və qadınlar ölkəsidir", deyə o, qeyd edib.
Bizim.Media
