Ukraynada münaqişəni dayandırmaq və danışıqlara qayıtmaq lazımdır.
Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın NBC televiziyasına müsahibəsində deyib.
O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə danışıqlar aparmaq qadağan edilib:
“Kim edib? O, müstəqil deyil. Bu gün feyk məlumatlar yayır. Hər gün minlərlə insan, o cümlədən mülki, heç bir günahı olmayan insanlar həlak olur. Bu həqiqətdir. Ona görə də gəlin münaqişəni dayandıraq".
Bizim.Media