Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 132 nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O, bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7489 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8803, ağır xəstələr isə 1765 nəfər olub.
Bizim.Media