“Tiktok” sosial şəbəkə platformasında qadınları təhqir edən cərimələnib.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, 28 yaşlı Saatlı rayon sakini Kamil Cəfərov (şərti adla) “tiktok” sosial şəbəkə hesabında özünə məxsus səhifədə canlı açaraq, iki qadını təhqir edib.
Onların barəsində əxlaqsız ifadələr səsləndirib.
Bu əməlinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci ((internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Kamil Cəfərov ifadəsində törətdiyi əməl etiraf edib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyərək, məhkəmədən ona köməklik olunmasını istəyib. Məhkəmənin qərarı ilə K. Cəfərov 700 manat məbləğində inzibati qaydada cərimələnib.
Bizim.Media