Rusiya Prezidenti Vladimir Putin Rusiyanın xalq artisti Nikolay Baskovu ordenlə təltif edib.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, müvafiq fərmanda sənətçinin “mədəniyyət və incəsənət sahəsindəki xidmətlərinə, çoxillik səmərəli fəaliyyətinə görə” IV dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninə layiq görüldüyü bildirilir.
Eyni fərmanla və oxşar əsaslandırma ilə Rusiyanın digər xalq artisti Olqa Boqdanova da ordenlə təltif olunub.
Qeyd edək ki, Nikolay Baskov ilk böyük uğurunu 1998-ci ildə GİTİS və Qnesinlər adına Akademiyanın məzunu olarkən Ümumrusiya Gənc Opera Müğənniləri Müsabiqəsində qalib gəlməklə qazanıb.
Daha sonra İspaniyada keçirilən "Grande Voce" müsabiqəsində ikinci yeri tutan ifaçı, Böyük Teatrın stajoru olub və burada "Yevgeni Onegin" operasında Lenski partiyasını ifa edib.
Bizim.Media