Füzuli rayonunun Mollaməhərrəmli kəndi ərazisində, Araz çayı boyunca yerləşən açıq sahədə hazırda güclü yanğın müşahidə olunur.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, alov geniş ərazini əhatə edib.
Yanğının söndürülməsi istiqamətində müvafiq qurumların qüvvələri tərəfindən tədbirlər görülür.
Hadisənin səbəbi və yanğının dəqiq əhatə dairəsi ilə bağlı araşdırmalar davam edir.
Bizim.Media