“Yuventus”un hücumçusu Kristiano Ronaldonun nişanlısı Corcina Rodriges öz geyim markasını yaratmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu haqda ispan model özü İnstaqramda məlumat yayıb.
O, idman kostyumunda bir neçə fotoşəkil paylaşaraq bunları yazıb: "Tezliklə. OM by G".
Corcina moda sənayesinə yaxşı bələddir. O, bir vaxtlar Madriddəki “Gucci” mağazasında satıcı işləyib, Ronaldo ilə də məhz orada tanış olub.
Portuqaliya futbolçu özü isə CR7 kişi geyimləri markasının sahibidir. (sportinfo)
Bizim.Media

