Ötən il pandemiya səbəbiylə ləğv edilən Kann Film Festivalı may ayından iyul ayına təxirə salınıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatçılar bu il festivalın 6-17 iyul tarixlərində keçiriləcəyini elan ediblər.
Onlar bu və ya digər şəkildə festivalı keçirmək niyyətindədirlər. Hansı formada ola biləcəyi barədə məlumat verilmir.
Bizim.Media