Jurnalistlər ilk dəfə Putinin Drezdendəki evində oldu - FOTO

Rəsmi Kreml Rusiyanın Gelencik şəhəri yaxınlığında milyardlarla dəyəri olan sarayın prezident Vladimir Putinə aid olduğunu təkzib etsə də, dövlət başçısı Almaniyanın Drezden şəhərindəki mənzilində dəqiq yaşayıb.

Bizim.Media xəbər verir ki, Almaniyanın "Bild” nəşrinin müxbiri Yürgen Helfrixt həmin evi ziyarət edib.

Jurnlistlər ilk dəfədir evə baş çəkiblər.

Almaniya Demokratik Respublikası (ADR) dövründə inşa edilmiş altımərtəbəli binanın dördüncü mərtəbəsində Rusiyanın hazırkı prezidenti 1985-ci ilin payızından 1991-ci ilin martınadək Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) zabiti kimi xidmət etdiyi zaman həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayıb.

Müxbir Y.Helfrixt bildirir ki, mənzilin sahəsi 66 kvadratmetrdir, 3 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Mənzildə həmçinin lociya, zirzəmi, mərkəzləşdirilmiş istilik təminatı və elektrik pilətəsi var.

1991-ci ilin əvvəlində Putinlər ailəsi SSRİ-yə qayıdanda mənzilə Yörq Hofmann yerləşib. 51 yaşlı dülgər hələ də burada yaşayır.

"Mənzili görməyə gələndə məni xanım Putin qarşılamışdı. Hər yerdə tünd rus mebeli var idi. Həmçinin ADR dövrü üçün tipik alüminium divar kağızı və krem ​​rəngli xalça var idi”, - Y.Hofmann xatırlayır.

1991-ci il martın sonunda Vladimir Putin açarları mənzilin yeni sakininə verdi. Hofmann Putinlərin necə getdiyini görüb:

"Ona 10-12 əsgər kömək edirdi. Mebelləri söküb taxta sandıqlara yığdılar. Paltaryuyan maşının daşınması ilə bağlı problemlər yarandı: onu pilləkandan düz 6 nəfər düşürdürdü”.

Hofmannın sözlərinə görə, Putinlər ona xoş təəssürat bağışladılar:

"Xanım Putin qəhvəyi kürk və böyük xəz papaq geyinirdi. Onların hələ iti də var idi”.

Evin yeni sakininin kirayə müqaviləsi, kirayə pulu V.Putininki ilə eyni olub: "Ayda 58,90 alman markası, əlavə olaraq isti su və istilik üçün əlavə müvafiq olaraq 9,80 və 26,2 marka: cəmi 94,90 marka”.

O zamandan bəri, demək olar ki, 30 il keçib və Yörq Hofmann hələ də dövlət başçısının keçmiş mənzilində məmnuniyyətlə yaşayır: "Sadəcə bəzən rusiyalı turistlərin olduğu avtobuslar evimin qarşısında dayanarkən əsəbiləşirəm. Onlar buranın Putinin muzeyi olduğunu sanırlar”.

Yörq Hofmann əvvəllər heç kimi mənzilinə buraxmırdı.

Evin sakini Vladimir Putinin Qara dənizdəki möhtəşəm sarayı haqqında ifşaedici videoçarx yayımlayan Aleksey Navalnını da evə buraxmayıb:

"Milad bayramından öncə mühafizəçiləri ilə gəlmişdi. Yəqin ki, bir növ sənədli film çəkirdi”. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

"Air India" təyyarəsi güclü burulğana DÜŞDÜ - VİDEO

"Air India" təyyarəsi güclü burulğana DÜŞDÜ - VİDEO

Bu kollecin dövlətə 10 min manat vergi borcu var

Bu kollecin dövlətə 10 min manat vergi borcu var

Rusiyada məhkumluğu olanlara vətəndaşlıq VERİLMƏYƏCƏK

Rusiyada məhkumluğu olanlara vətəndaşlıq VERİLMƏYƏCƏK

ABŞ və İran arasında yeni həmlə: "Qısamüddətli həll" danışıqları başladı

ABŞ və İran arasında yeni həmlə: "Qısamüddətli həll" danışıqları başladı

Füzulidə Araz çayı boyunca GÜCLÜ YANĞIN var

Füzulidə Araz çayı boyunca GÜCLÜ YANĞIN var

Bu tarixdən havalar dəyişir – İSTİLƏR BİTİR

Bu tarixdən havalar dəyişir – İSTİLƏR BİTİR

Doğuş Xoşqədəmin qısqanclığından danışdı - VİDEO

Doğuş Xoşqədəmin qısqanclığından danışdı - VİDEO

“Şamaxı” “Qəbələ”yə qalib gəldi

“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA

Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA

Özləm Karapınar Türkiyə HHQ-nin ilk qadın generalı oldu

Özləm Karapınar Türkiyə HHQ-nin ilk qadın generalı oldu

“Yuventus”dan ayrıldı, bu kluba keçdi

“Yuventus”dan ayrıldı, bu kluba keçdi

14 yaşlı yeniyetmə kanalda batdı – Axtarışlara başlanıldı

14 yaşlı yeniyetmə kanalda batdı – Axtarışlara başlanıldı

Azərbaycanda ən populyar BRAUZER hansıdır?

Azərbaycanda ən populyar BRAUZER hansıdır?

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Putin Nikolay Baskovu ordenlə təltif etdi

Putin Nikolay Baskovu ordenlə təltif etdi

Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

Metroda yeni mərhələ: Bakı sakinlərini çətin bir il gözləyir

Metroda yeni mərhələ: Bakı sakinlərini çətin bir il gözləyir

End of content

No more pages to load

RADİO