Əsəd istefa verməlidir, yoxsa onu güclə devirəcəklər.
Moderator.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Abdel əl Cubeyr söyləyib. Onun sözlərinə görə, biz Rusiyanın İŞİD-lə bağlı yaradacağı koalisiya təklifindən imtina edirik: “Əsədin Suriyada gələcəyi yoxdur. Onun iki seçimi var. Bunlardan birincisi, müvəqqəti administrasiyanın yaradılması, ikincisi isə, hərbi çevrilişdir. Bu, daha uzun və dağıdıcı proses ola bilər. İstənilən halda seçim Əsədindir”x9d.