Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həzrət Əli məscidində cümə namazından sonra açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Anadolu agentliyində yer alıb.
Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı ilə bağlı deyib:
“Qarşıda bizi Asiya platforması gözləyir. Rusiya prezidenti Vladimir Putin də həmin toplantıda iştirak edərsə, onunla görüşüb, fikir mübadiləsi aparacam”.
“Bu gün Putini 70 yaşı münasibətilə təbrik etdim. Həm də hazırkı proseslə bağlı müzakirə apardıq. O, vasitəçiliyimizə görə mənə təşəkkür etdi”, - dövlət başçısı yekunlaşdırıb.
Bizim.Media