Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndindən keçən Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü Əlsöbət İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb.
Məlumata görə, "Mercedes" markalı avtomobili Səfərov Elcan idarə edib.
Faktla bağlı araşdırma aparılır. Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu