Yaponiya hökuməti 80-dən çox rusiyalıya, eləcə də Rusiyadan olan 9 təşkilata qarşı məhdudiyyətlər tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” nəşri yayıb.
Bu qərar “Donetsk və Luqansk Xalq Respublikaları”, həmçinin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı olub.
Çeçenistan rəhbəri Ramzan Kadırovun, baş nazir Mixail Mişustinin, Federasiya Şurasının sədri Valentina Matviyenkonun, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin, müdafiə naziri Sergey Şoyqunun yaxınlarına məhdudiyyətlər qoyulub. Sanksiyalar arasında Qərb ölkələrinin prezident Vladimir Putinin yaxın dostu hesab etdiyi gimnast Alina Kabayeva da var.
Bizim.Media