Beynəlxalq koalisiyadan Ermənistana ÇAĞIRIŞ - "Xocalı soyqırımını tanıyın" 

Bu gün BMT İnsan Haqları Şurasının 51-ci sessiyası çərçivəsində “Etiraf və barışıq: sülh və ədalət yolunda vətəndaş cəmiyyəti dialoqunun rolu” adlı seminar keçirilib.

Bizim.Media xəbər verir ki, BMT-nin Cenevrədəki Ofisində keçirilən tədbiri “Xocalı: Barışıq üçün etiraf et” Koalisiyası təşkil edib.

Seminarda əsas məruzəçi kimi çıxış edən “Srebrenitsa Anaları” İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç Srebrenitsa və Xocalı soyqırımı arasında bənzərliyə diqqəti çəkərək təəssüflə qeyd edib ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsi zamanı baş vermiş ən kütləvi qırğına görə məsuliyyəti hələ də qəbul etməyib:

“Bu isə postmünaqişə dövründə iki xalq arasında dayanıqlı sülhün əldə olunması qarşısında əsas maneələrdən biridir. Etibar olmadan barışıq ola bilməz, həqiqət təsbit olmadan isə etibar bərqərar ola bilməz”.
M.Subaşiç Ermənistanı keçmişi ilə hesablaşmağa çağırıb.

Koalisiyanın təşəbbüskarı, Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin sədri Giorgi Tatar 2020-ci il 10 noyabr atəşkəs razılaşması ilə uzun illər davam edən Qarabağ münaqişəsinə son qoyduğunu və xalqlar arasında barışıq üçün tarixi şansın yarandığına diqqəti çəkib.

Bu ilin əvvəlində ATƏT platformasında təsis olunan Koalisiyanın bu məqsədə xidmət edəcəyini söyləyən keçmiş diplomat bildirib ki, yalnız Ermənistan Xocalı soyqırımını tanıyacağı və iki ölkənin cəmiyyətləri arasında bu mövzuda səmimi dialoqun bərqərar ediləcəyi halda barışıq səmimi və dayanıqlı ola bilər.

Tədbirin təşkilatçılarından biri, Fransanın Vicdan Azadlığı Uğurunda Koordinasiya Mərkəzinin prezidenti Tyeri Valle Azərbaycan-Ermənistan sərhədində ötən ay baş verən qarşıdurmadan sonra erməni sosial media seqmentində azərbaycanlılara qarşı “daha bir Xocalı yaşatmaq” çağırışlarına diqqəti çəkib.

Bunu Ermənistanda Xocalı mövzusuna 30 il ərzində qoyulan qadağanın nəticəsi kimi qiymətləndirən fransalı hüquq müdafiəçisi vurğulayıb ki, Ermənistanı Xocalı sindromundan qurtarmağın zamanıdır”.

Tədbirdə daha sonra çıxış edən İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo, Danimarka İnsan Hüquqları İnstitutu Şurasının üzvü Başi Qureyşi XX əsrdə baş verən qətliamlar və xalqlar arasında barışıq təcrübəsindən danışıblar.
Ekspertlər qeyd edib ki, bütün müharibələr sonda sülh ilə bitir, lakin münaqişələr zamanı törədilmiş insanlığa qarşı cinayətlər uzun illər xalqlar arasında münasibətləri zəhərləyir.

Natiqlər beynəlxalq təcrübədə “keçid ədaləti” modelinə uyğun olaraq cinayəti törətmiş tərəfin ilk olaraq faktı qəbul etməsi, faktı ört-basdır etməməsi, ağrılı mövzular ətrafında tərəflər arasında dialoqun qurulmasının sülhün əldə olunmasında qaçılmaz vasitə olduğunu qeyd ediblər. 
 
Tədbirdə Koalisiya üzvləri tərəfindən aparılan müzakirələr nəticəsində qəbul edilən Kommünikedə Ermənistan rəhbərliyinə Xocalı soyqırımını tanımaq çağırışı ifadə olunub.

Həmçinin Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında birbaşa dialoq prosesini başlatmaq üçün Koalisiya üzvlərinin yaxın zamanlarda Azərbaycan və Ermənistana səfərlərinin təşkil olunacağı qeyd olunaraq, iki ölkə hökumətinə səfərlərə şərait yaradılması üçün müraciət edilib.
Kommünikedə beynəlxalq təsisat və insan hüquqları təşkilatlarına müraciət olunaraq Koalisiyanın məqsədlərinə dəstək vermək barədə çağırış da öz əksini tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Bu xəstələrə verilən dərmanların sayı ARTIRILDI

Bu xəstələrə verilən dərmanların sayı ARTIRILDI

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü - FOTO

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

Ukraynanın istefa verən müdafiə nazirindən Baş komandana SƏRT MESAJ – VİDEO

Ukraynanın istefa verən müdafiə nazirindən Baş komandana SƏRT MESAJ – VİDEO

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

End of content

No more pages to load

RADİO