Tailandın şimal-şərqində uşaq mərkəzinə silahlı basqın edilib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, hücum nəticəsində 24-ü uşaq olmaqla 36 nəfər həyatını itirib. Məlumata görə, azı 12 nəfər yaralanıb.
Hücum edən şəxsin həyat yoldaşını və uşağını güllələdiyi, daha sonra isə intihar etdiyi qeyd edilir. Cinayətin motivi hələlik məlum deyil.
Bizim.Media