Amerikalı milyarder, “Tesla” və “SpaceX”in qurucusu İlon Mask Ukraynanın şərq hissəsinin sakinlərinin əksəriyyətinin Rusiyaya üstünlük verdiyini söyləyib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter”də münaqişənin sülh yolu ilə həlli planını tənqid edən senator Lindsey Grahama cavabında bildirib.
Belə ki, Graham tvitində "İlon Maska hörmət edirəm - mən təklif edərdim ki, o, Rusiyanın Ukraynaya təcavüzü faktlarını başa düşməlidir" - deyə qeyd edib.
Maskın isə buna cavabı gecikməyib:
“Əgər insanların iradəsinin vacib olduğuna inandığınızı fərz etsək, biz istənilən münaqişə bölgəsində orada yaşayanların iradəsini dəstəkləməliyik. Ukraynanın əksəriyyəti birmənalı olaraq Ukraynanın bir hissəsi olmaq istəyir, lakin bəzi şərq hissələrində ruslar çoxluq təşkil edir və Rusiyaya üstünlük verirlər".
Bizim.Media
