Qazaxıstanın hakim “Amanat” partiyası cari Prezident Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini irəli sürüb.
Bizim.Media “liter.kz”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Yerlan Koşanovun sədri olduğu hakim partiyanın icraçı katibi Ashat Oralov açıqlayıb.
700 nəfər partiya sədrinin təklifi ilə razılaşıb.
Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri noyabrın 20-si keçiriləcək.
Bizim.Media