Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi gələn il iyunun 3-də paytaxt Londondakı Vestminster Abbeyində keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Britaniya hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Eyni zamanda agentlik qeyd edib ki, Britaniya hökumətində tacqoymadan əvvəl və sonra hansı günlərin istirahət olacağı ilə bağlı müzakirələr gedir.
Qeyd edək ki, II Elizabetin vəfatından sonra Britaniya taxtının faktiki varisi şahzadə Çarlz yeni monarx olub. Sentyabrın 10-da Londondakı Müqəddəs Ceyms sarayında o, rəsmi olaraq
Böyük Britaniya kralı elan edilib.
Bizim.Media