Finlandiyada Leninin heykəli sökülüb.
Bizim.Media xəbər verir ki, Kotka şəhər şurası abidənin sökülməsi barədə qərar qəbul edib.
Bildirilir ki, son illərdə dəfələrlə dağıdılan və zədələnən abidənin indi Kymenlaakso muzeyinə köçürülməsi planlaşdırılır.
Abidənin muzeyə köçürülməsi təklifi həm şəhər şurası, həm də şəhər sakinlərindən gəlib.
Qeyd edək ki, eston heykəltəraş Matti Varik tərəfindən inşa edilən abidə Kotkanın o dövrdəki qardaş şəhəri sayılan Estoniyanın paytaxtı Tallinndən hədiyyə olaraq götürülüb.
Bizim.Media