Rusiyanın Oslodakı səfiri Teymuraz Ramişvili Norveç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Norveç diplomatik nümayəndəliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Teymuraz Ramişvilinin Norveç XİN-ə çağırılmasına səbəb Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək üçün keçirdiyi “referendum”dur.
Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib.
Bizim.Media