“Belarus Ukraynada keçirilən "xüsusi əməliyyatda" iştirak edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.
"Orada iştirak edirik. Bunu gizlətmirik. Amma heç kimi öldürmürük. Hərbçilərimizi heç yerə göndərmirik. Öhdəliklərimizi pozmuruq", deyə o, qeyd edib.
“Bu yaxınlarda çuğundura oxşayan bir əclaf deyib ki, Lukaşenko müharibəyə hazırlaşır. Mən prezident olduğum müddətdə həmişə müharibəyə hazırlaşıram”, - deyə o yekunlaşdırıb.
Bizim.Media