Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib ki, ruslar Türkiyəyə getməməlidir, çünki bu ölkə “məkrli”dir.
Bizim.Media xəbər verir ki, o, dünən Türkiyədə zibil toplayan şəxs tərəfindən bıçaqla üç rusiyalıya edilən hücuma münasibət bildirib.
Mənbə yazır ki, insident zamanı həmin şəxs aradan çıxıb. Ancaq küçədə yerləşdirilən video kameraların köməyilə sonradan saxlanılıb.
Bizim.Media