İrandakı etirazların ilk günlərində İslam Respublikasının səlahiyyətliləri “Skype”ı filtrləməyə çalışsa da, sözügedən şirkət indi xaricdən İran nömrələrinə zəngləri pulsuz edib.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, xaricdə yaşayan çox sayda iranlının müraciətinə əsasən, şirkət İran nömrələrinə edilən zəngləri ödənişsiz etməyə qərar verib.
Bundan öncə İrana 60 dəqiqəlik zəng etmək üçün aylıq abunə haqqı təxminən 9 avro idi. Bu rəqəm aylıq abunədən kənar hesablanırdı.
Qeyd edək ki, iki həftə əvvəl İranda etirazların pik həddə çatdığı vaxtdan hakimiyyət bir neçə messencer və sosial şəbəkələri, o cümlədən “WhatsApp”, “Instagram” və “Skype”ı ölkədə bloklayıb.
Bizim.Media