Rusiya Daxili İşlər Nazirliyi “Birinci Kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovanı axtarışa verib.
Bizim.Media xatırladır ki, Marina Ovsyannikova mart ayında işlədiyi “Vremya” proqramının efirində müharibə əleyhinə aksiyadan sonra məşhurlaşıb.
O, xəbər buraxılışı zamanı canlı efirə müharibə əleyhinə posterlə çıxıb. Buna görə məhkəmə Ovsyannikovanı “bildiriş vermədən ictimai tədbir təşkil etmək və ya keçirmək”də təqsirli bilərək 30 min rubl cərimələyib.
Tezliklə o, Almaniyaya gedib, lakin bir neçə aydan sonra iyulda Rusiyaya qayıdıb.
Bizim.Media