Rusiyanın atom təhdidi fonunda 3-cü DÜNYA MÜHARİBƏSİ – Xarici siyasətçilərin fikirləri - EKSKLÜZİV

“Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik. Bu, blef deyil”.

Bu fikirləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin 21 sentyabr tarixində xalqa müraciəti zamanı səsləndirib. Putinin son açıqlaması bütün dünyada rezonansa səbəb olub.

Hazırda dünya nəinki nüvə silahının atılacağını, həmçinin ondan necə qorunacaqlarını müzakirə edir. 

Bəs Federasiya Prezidentinin açıqlaması nə qədər realdır? Rusiya həqiqətən nüvə silahından istifadə edəcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan rusiyalı siyasi şərhçilərin də fikirlərindən çaşqınlıq var. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın dünyanı hədələdiyi taktiki nüvə silahı nədir? - ARAŞDIRMA


Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Bizim.Media-ya açıqlaması zamanı bunun baş verməyəcəyini iddia edib:

“Bunu Qərb mətbuatı yazır... Rusiya heç kəsi nüvə silahından istifadə edəcəyi ilə hədələməyib.

Bu haqda heç bir söhbət olmayıb. Bu Qərb mətbuatında ehtirasları qızışdırmaqdan başqa bir şey deyil. Rusiya öz ərazisini qorumaq üçün hər şeyi edə bilər, lakin Rusiya heç kimi, heç bir nüvə zərbəsi və ya taktiki nüvə silahı ilə hədələməyib. Bu Qərb mediasındakı nəşrlərdən başqa bir şey deyil”, - deyə Korotçenko qeyd edib.

İqor Korotçenkodqan fərqli olaraq həmkarı, Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin prezident Putinin zarafat etmədiyini bildirib:
“Mənim fikrimcə hazırda atom müharibəsi, atom müharibəsi haqqında verilən bəyanatlar havaya deyilmir və bu provakasiya deyil. Hər an baş tuta biləcək bir taktikadır. Ukrayna çox gözəl başa düşür ki, nüvə müharibəsi, yəni nüvə silahından istifadə çox böyük fəsadlara səbəb ola bilər.

Ukraynalılar Çernobul stansiyasında baş verən hadisələri çox gözəl xatırlayırlar və onlar bu yoldan keçiblər. Hazırda Ukrayna hakimyəti Zaparojie stansiyasında da hər hansı partlayışın provakasiyasını aparırlar. Nüvə silahı atılarsa nələr ola bilər? Əgər Rusiya nüvə silahı atarsa nəinki Ukrayna, həmçinin şərq dövlətləri də bundan çox böyük əziyət çəkəcək”, - deyə Bredixin əlavə edib.

O hesab edir ki, NATO məsələyə qarışsa nüvə silahı Qərbi də hədəf alacaq:

“Ona görə də Vaşiqton, Brüssel və Moskva bir araya gələrək barışıq masası arxasında oturmalıdır və har hansı kompromisə gəlməlidir. Biz isə görürsünüz, deyirik, artıq heç bir qırmızı xətt yoxdur. Ya insanlıq, həyat qalcaq və davam edəcək, ya da bütün bəşəriyyət məhv olacaq”, - deyə ekspert bildirib.

Yaranan fikir ayrılıqları fonunda düşünüləsi digər məqam da, 3-cü dünya müharibəsi ilə bağlıdır.

Ya olacaq, ya da yaşayırıq sualı hələ də açıq qalır. ABŞ dövlət katibinin keçmiş müavini və keçmiş səfir Metyu Brayza hesab edir ki, baş verən prosesləri 3-cü dünya müharibəsi adlandırmaq üçün NATO-nun müharibədə iştirakı olmalıdır.

Yəni, Rusiya hansısa NATO ölkəsinə hücuma keçərsə, bu zaman NATO hərəkətə keçəcək və 3-cü dünya müharibəsi baş vermis olacaq:

“Prezident Putin NATO ərazisinə hücum etmək qərarına gələrsə, müharibə NATO ərazisinə yayıla və bəzi insanların dünya müharibəsi adlandırdığı müharibəyə çevrilə bilər. O, son bir neçə gündə Polşaya qarşı təhdidlər səsləndirib.

NATO-nun cavabı isə tamamilə aydın oldu ki, NATO öz ərazisinin hər kvadratmetrini müdafiə edəcək. Bu da o deməkdir ki, təşkilat üzvü olan istənilən dövlətə hücum edən hər hansı Rusiya qüvvələri ilə döyüşəcək və onları məhv edəcək”, - deyə M.Brayza əlavə edib.
Hər bir halda, dünyadakı fərqli-fərqli münaqişə ocaqları heç də 2-ci dünya müharibəsindən miqayasına görə geridə qalmır. Reallıq bundan ibarətdir ki, bu dəfə dünya müharibəsi həm də nüvə müharibəsi ola bilər…

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO