Böyük Britaniyanın Baş naziri Liz Trass və 25 nazirin mobil telefon nömrələri haker saytı tərəfindən oğurlanıb və internetdə 7 dollara satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Britaniyanın “Mail on Sunday” qəzeti yayıb.
Qəzet yazır ki, adı açıqlanmayan saytda oğurlanan məlumatlardan ibarət 14 milyarddan çox fayl var. Onlardan bəziləri 10 il əvvəl “ələ keçirilib”.
Məlumata görə, hakerlər bütün kabinetin telefon nömrələrinə, həmçinin onların elektron poçt ünvanlarına, parollarına və digər şəxsi məlumatlarına giriş əldə ediblər.
Bizim.Media