Boris Conson Böyük Britaniya parlamentində "Ukraynanın Mühafizəkar Dostları" partiya qrupuna rəhbərlik edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" “PA Media”ya istinadən yazır.
Bununla bağlı qrupun hazırkı rəhbəri, Britaniya İcmalar Palatasının üzvü Con Uittinqdeyl açıqlama verib:
"Mən çox şadam ki, Ukraynanın Mühafizəkar Dostları qrupunun prezidenti vəzifəsini bir çox cəhətdən bu rola ən bariz və layiqli namizəd olan bir şəxs üçün boşaldıram”.
Qeyd edək ki, Boris Conson iyulun 7-də siyasi qalmaqallar silsiləsi nəticəsində Baş nazir vəzifəsindən istefa verib.
Bizim.Media