Ukrayna prezidentinin xanımı Yelena Zelenskaya İstanbuldakı Vahdettin malikanəsində Əminə Ərdoğanla görüşündə deyib ki, Ərdoğanın diplomatik bacarığı dünyanı qida böhranından xilas edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı Türkiyə mətbuatı yayıb.
Taxıl dəhlizi və əsir mübadiləsinin prezident Ərdoğanın güclü liderliyi və diplomatik bacarıqları sayəsində baş verdiyini iddia edən Zelenskaya dünyanı böyük ərzaq böhranından xilas edənin məhz “Taxıl Dəhlizi Müqaviləsi” olduğunu vurğulayıb.
Zelenskaya Ukraynada baş verən son hadisələrdən, eləcə də onun adını daşıyan fondun işindən danışıb.
O, Ukraynaya verdiyi dəstəyə görə prezident Volodimir Zelenskinin təşəkkür məktubunu birinci xanım Ərdoğana təqdim edib.
Türkiyənin 1300 ukraynalı yetim uşağı qəbul etməsindən məmnunluğunu ifadə edən Zelenskaya xüsusi qayğıya ehtiyacı olan daha 200 uşağın Türkiyəyə təxliyəsi üçün kömək istəyib.
Müharibə səbəbiylə sağlamlıq ehtiyaclarının artdığına diqqət çəkən Zelenskaya Əminə Ərdoğandan yeni doğulmuş körpələr üçün təcili yardım və inkubatorların tədarükünə dəstək verməsini istəyib.
Bizim.Media