Rusiya ordusunun Qərb Hərbi Dairəsinin komandiri Aleksandr Juravlev tutduğu vəzifədən uzaqlaşdırılıb. Bunu ictimai sahədə mövcud olan reyestrlər sübut edir. Orada kadr rotasiyasının sentyabrın 28-də həyata keçirildiyini görmək olar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, general-leytenant Roman Berdnikov Qərb Hərbi Dairəsinin yeni komandiri olub. O, vaxtilə Suriyada Rusiya qrupuna rəhbərlik edib.
Müdafiə Nazirliyinin saytında Juravlev hələ də Qərb Hərbi Dairəsinin rəisi kimi qeyd olunur.
Bizim.Media