Dünyada koronavirusa yoluxanların sayı 617 879 815 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb.
Dünyada virusun yayılmasının başlanğıcından indiyədək COVID-19 infeksiyasının nəticələrindən 6 milyon 546 min 448 nəfər dünyasını dəyişib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bizim.Media