Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonu yaxınlığında sərnişin avtobusu aşıb, xeyli sayda yaralı var.
Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, hadisə Şanlıurfa-Qaziantep avtomobil yolunda qeydə alınıb.
Qəza nəticəsində 25 nəfər xəsarət alıb. Avtobusda olan yaralılar xilasedici qrupların köməyi ilə çıxarılıb.
Qəzanın sürücünün ötmə əməliyyatını düzgün aparmaması səbəbindən baş verdiyi iddia edilir.
Bizim.Media