17 yaşlı Ramis Gregor adlı gənc 2 il əvvəl dərslərindən aşağı qiymət aldığı üçün anası ilə mübahisə edərkən onu boğaraq öldürüb.
Bizim.Media xarici KİV-ə istinadla bildirir ki, hadise Amerikanın Florida ştatında baş verib.
Məlumata görə, o, anasının boğazından 30 dəqiqə boyunca sıxaraq öldürüb. 17 yaşlı gənc daha sonra öldürdüyü anasının cəsədini bir kilsənin arxa bağçasında basdırıb.
Hadisədən iki il sonra polis tərəfindən saxlanılan oğlan törətdiyi cinayəti etiraf edib. Lakin məhkəmə onun cinayəti törədərkən 15 yaşının olduğunu nəzərə alaraq ömürlük həbs verməyib. O, 45 il müddətində azadlıqdan məhrum edilib.
Bizim.Media