Polşa Seymi (parlamentin aşağı palatası) Avropa İttifaqını (Aİ) Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağıran qətnamə qəbul edib.
Bizim.Media “tass”a istinadən xəbər verir ki, qətnamədə Seym Polşa hökumətinin beynəlxalq arenada Rusiya Federasiyası vətəndaşlarına viza verilməsinin dayandırılmasına yönəlmiş hərəkətlərini dəstəklədiyi bildirilib.
Həmçinin parlament Baş nazirdən bu məsələ üzərində işi davam etdirməyi, bütün siyasi qüvvələrdən Polşa hökumətinin səylərini dəstəkləməyi xahiş edib.
Bildirilib ki, 434 deputat qətnamənin lehinə səs verib, 2 nəfər isə bitərəf qalıb.
Bizim.Media