Rusiya dövlət başçısı Vladimir Putin səfərbərlik zamanı buraxılan səhvlərin düzəldilməsini və səlahiyyətlilərin elan etdiyi əsas olmadan hərbi xidmətə çağırılanların vətənə qaytarılmasını tələb edib.
Bizim.Media xəbər verir ki, Putin bu barədə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.
O, bildirib ki, hərbidən yayınma hüququ olan vətəndaşlar, çoxuşaqlı atalar, xroniki xəstəliklərdən əziyyət çəkənlər və ya artıq çağırış yaşını keçmiş vətəndaşlar dərhal geri qaytarılmalıdır.
Prezident qeyd edib ki, səfərbərliyə cəlb edilənlər təkcə çağırış işinin təşkilindən deyil, həm də təchizatın keyfiyyətindən, yaşayış şəraitindən şikayətlənirlər. Odur ki, president bu məsələ ilə məşğul olmaq üçün Baş Prokurorluğa göstəriş verib.
Bizim.Media