“Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı müharibə əməliyyatlarına qoşula bilər”.
Bizim.Media “pravda.ru”ya istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.
Nazir bildirib ki, Rusiya Federasiyası Ukrayna ərazisinə atom bombası atarsa, bu, Təhlükəsizlik Şurası üzvlərinin konsensusunu pozacaq.
“Bu da NATO-nu Ukrayna müharibəsinə müdaxilə etməyə məcbur edəcək”,-deyə Zbiqnev bildirib.
Bizim.Media