Türkiyə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Direktorlar Şurasına üzv seçilib.
Bizim.Media “trt haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ölkəmiz 2022-2024-cü illər üçün AEBA-nın Direktorlar Şurasına üzv seçilib. Bu gün AEBA-nın Vyanada keçirilən 66-cı Baş Konfransında keçirilən seçkilər nəticəsində ölkəmiz bu vəzifəni Danimarka ilə birlikdə öz üzərinə götürüb”- deyə məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə sonuncu dəfə 2015-2017-ci illərdə AEBA İdarə Heyətində olub.
Bizim.Media