Macarıstan Aİ-ni Azərbaycan və Mərkəzi Asiya qazına çıxış üçün danışıqlara çağırdı

Macarıstan Avropa İttifaqını (Aİ) Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada qaz infrastrukturunun qurulması üçün addımlar atmağa və bununla bağlı müvafiq sövdələşmələr üzrə danışıqlar aparmağa çağırıb.

Bizim.Media Macarıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin energetika nazirlərinin Almatıda keçirilən görüşündə deyib.

P.Siyartonun sözlərinə görə, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri təkmilləşdirilməli, Cənub Qaz Dəhlizi Qərbi Balkanlar vasitəsilə Mərkəzi Avropa ilə birləşdirilməlidir.
"Hökumət, həmçinin külək stansiyaları tərəfindən istehsal olunan Azərbaycanın "yaşıl" enerjisinin su altından kabel vasitəsilə idxalı layihələrini də dəstəkləyir", - deyə nazir əlavə edib.

Hazırda “Türk axını”nın Macarıstana qaz tədarükünün 50-60 %-ni təmin etdiyini deyən P.Siyarto, bunun ölkənin illik istehlakının 42 %-ni ödəmək üçün ehtiyatların toplanmasına töhfə verdiyini bildirib. Bununla belə, o, yeni mənbələrin tapılmasına ehtiyac olduğunu xəbərdar edib və dünya qaz ehtiyatlarının 10,5 %-ni təşkil edən Mərkəzi Asiyaya işarə edib.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya nəql edir. 878 km-lik boru kəməri İtaliyaya çatmazdan əvvəl Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək Türkiyə-Yunanıstan sərhədində Kipoidə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir.

Kommersiya istismarına başlayandan bəri qaz kəməri artıq Avropaya 12 milyard kubmetrdən çox qaz nəql edib. Bunun 10 milyard kubmetrdən çoxu İtaliyaya, 2 milyard kubmetrdən çoxu isə Yunanıstan və Bolqarıstana nəlq edilib.

TAP Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatına, o cümlədən mümkün birləşdirici boru kəmərlərinin tikintisi hesabına töhfə verir. Xüsusilə, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kommersiya fəaliyyətinə başladıqdan sonra Bolqarıstan ümumi qaz tələbatının əhəmiyyətli hissəsini TAP vasitəsilə ödəyə biləcək.

Yunanıstan və Albaniya, eləcə də İtaliyadakı TAP çıxış məntəqələri Avropa bazarlarına Azərbaycandan əlavə qaz almaq üçün çoxsaylı imkanlar təklif edir.

Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. 
 Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı yekun qərar 2023-cü ildə aparılacaq bazar sınaqlarından asılı olacaq. İlkin məqsəd 2021-ci ildə illik 8 milyard kubmetr həcmində olmuş qaz nəqlini 2022-ci ildən etibarən illik 12 milyard kubmetrə, mümkün olduğu halda isə illik 20 milyard kubmetrədək artırılması idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

End of content

No more pages to load

RADİO