Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.
"Sözügedən silah-sursat iki ölkə arasında sentyabrın əvvəlində imzalanan müqavilələr əsasında göndəriləcək. Müqavilələrə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək" - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, bu müqavilə ilə Hindistan “Pinaka” sistemlərini ilk dəfə olaraq xarici ölkəyə satacaq.
Bizim.Media