Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynovla görüşüb.
Bizim.Media-nın məlumatına görə, bununla bağlı səfir tvitter hesabında məlumat yayıb.
“Emin Hüseynovla Azərbaycanın işğaldan azad olunmuş əraziləri üçün iqtisadi inkişaf planları barədə faydalı bir görüşüm oldu”- deyə səfir qeyd edib.
Bizim.Media