Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistan-Azərbaycan sərhədində baş verən yeni insidenti şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə Klaar Twitter-də yazıb.
“Bu gün yenidən üç erməni əsgərinin ölməsi və bir azərbaycanlının yaralanması ilə bağlı xəbərlər yayılıb. Bu və digər mənasız qurbanlar nifrət və qeyri-sabitliyi artırır. Təhlükəsizlik o halda mümkündür ki, sərhədlərə riayət olunsun, qoşunlar yaxın məsafədən bir-biri ilə toqquşmasın”.
Bizim.Media
