“Moldova Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirilən “referendumları” tanımır”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “Jurnal TV”yə müsahibəsində bildirib.
“Biz nə referendumları, nə də onların nəticələrini tanımırıq. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın ərazi bütövlüyünə hörmət edirik”, - dövlət başçısı qeyd edib.
Bizim.Media