Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs şəxsi “twitter” hesabında yazıb.
"Beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq, ölkə vətəndaşlarının Rusiyaya getməsinə, hazırda Rusiyada olanların isə mümkün qədər ölkəni tez tərk etməsinə çağırırıq", - paylaşımda qeyd edilir.
Bizim.Media