Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Gürcüstanın Abxaziya bölgəsinə səfər edib.
Bizim.Media “rbk”ya istinadən xəbər verir ki,bu barədə qondarma Abxaziya respublikası prezidentinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, Lukaşenko səfəri çərçivəsində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüşüb.
Pitsundadakı dövlət sarayında baş tutan görüşdə ikitərəfli əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, eləcə də beynəlxalq məsələlərin təhlili aparılıb.
Qeyd edək ki, Lukaşenkonun səfərinə baxmayaraq, Belarus buranı müstəqil dövlət kimi tanımır.
Bizim.Media