ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media ''RİA Novosti''yə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova deyib ki, XİN başçısının müavini Sergey Ryabkov ABŞ səfirinə Rusiyadakı qeyri-qanuni aksiyalarla bağlı səfirlik tərəfindən dərc olunan məlumatla bağlı etirazını bəyan edib.
Rəsmi Moskva yanvarın 23-də Rusiyada baş vermiş iğtişaşlarla bağlı ABŞ səfirliyinin dərc etdiyi məlumatı ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.
Bizim.Media