Bir vaxtlar sensasiyalı materiallarla dünyanı bir-birinə qatan Vikiliks (WikiLeaks) saytı bu dəfə də yeni fayllar paylaşıb.
Bizim.Media xəbər verir ki, informasiyalar içində Türkiyəni maraqlandıran mövzulara, xüsusilə Kipr adası məsələsinə toxunulub.
Ötürülən məlumatlarda Hillari Klintonun emailləri, Avropa ölkələri haqqında məxfi yazışmaları da yer alıb.
Afrikada törədilmiş cinayətlər geniş rezonans doğuran mövzular arasındadır.
Həmçinin “Coca-Cola” şirkətinin öldürdüyü 17 uşaqdan bəhs edən raporlar da yer alıb.
Las-Vegas şəhərində Federal Tədqiqat Bürosunun (FTB) snayperi tərəfindən atəş açılması, Stiv Cobsun HİV-lə bağlı məktubları, Əfqanıstan məsələsi, Suriya, İran, zorlanmaya görə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentlərinin həbsləri, ÜST-ün pandemiya sirləri və s. gizli məlumatlar paylaşılıb.
Linklərdə bütün məlumatları oxuya bilərsiniz.
Bizim.Media