ABŞ prezidenti vəzifəsini tərk edən Donald Tramp Demokrat Cozef Baydenin andiçmə mərasimindən dörd saat əvvəl Vaşinqtonu tərk edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ağ Ev yayıb.
Tramp və birinci xanım Melaniya səhər saat 8.00-da Floridaya uçacaq. Andiçmə mərasiminin günorta saatlarında baş tutacağı deyilir. Daha əvvəl Tramp Baydenin andiçmə mərasimində iştirak etmək niyyətində olmadığını bildirib. Reuters agentliyinin məlumatına görə, Respublikaçı həmin gün ABŞ-ın Florida ştatında yerləşən MAR-A-Laqo malikanəsinə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasından uçmağa hazırlaşır.
Onun Endryusda vida mərasiminin keçiriləcəyi gözlənilir.
Bizim.Media