İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edilib.
Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki. hadisə Salento kommunasının sahilində baş verib.
Qeyd olunur ki, gecə saatlarında Santa Maria di Leuca limanında 59 miqrantın olduğu kiçik gəmi tapılıb. Onları xilas etmək üçün yerli sahil mühafizə xidməti əməliyyata başlayıb.
Miqrantlar arasında Azərbaycan, Suriya, Fələstin, İran və İraqdan olan 7 azyaşlı olmaqla 44 kişi və 8 qadın olub.
Miqrantlar ilk yoxlamalardan sonra identifikasiya prosedurlarından keçəcəklər. Onlar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İtaliya nümayəndə heyətinin könüllüləri tərəfindən qəbul edilərək sığınacaqda yerləşdiriləcəklər.
Hazırda miqrantların müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.
Bizim.Media